Azərbaycan Turizm və Menecment Universiteti 2020-2021-ci tədris ili üçün Turizm və qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.Universitetdən Azərtac-a bildirilib ki, müsabiqə üç mərhələdən – sənədlərin qəbulu, müsahibə və sınaq dərslərinin keçirilməsindən ibarət olacaq. Namizədlərə aid tələblər:
– Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru);
– Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları;
-Tələbəyönümlü tədris metodikası;
– Kompüter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı.
Tələb olunan sənədlər:
– Doldurulmuş müraciət və sillabus formaları;
– Şəxsiyyət vəsiqəsinin elektron surəti;
– Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər).
Namizədlərdən tələb olunan sənədləri [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 2020-ci il avqustun 20-dir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…