Azərbaycan Universitetində iş dünyasının tələbatı nəzərə alınaraq 4 yeni ixtisas üzrə kadr hazırlığına start verilib.Universitetdən Azərtac-a bildirilib ki, 2019/2020-ci tədris ili üçün I ixtisas qrupu üzrə istehlak mallarının ekspertizası və marketinqi, II ixtisas qrupu üzrə regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və otelçilik, III ixtisas qrupu üzrə isə filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə qəbul aparılacaq. Ümumilikdə qəbul aparılacaq ixtisasların sayı 16-dır. Bütün ixtisaslara dövlət sifarişi ilə qəbul olmaq mümkündür.İstehlak mallarının ekspertizası və marketinqi, regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və otelçilik ixtisaslarının müsabiqəsində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlərlə yanaşı, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər də iştirak edə biləcəklər. İkinci kateqoriyadan olan abituriyentlər yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının müsabiqəsində isə yalnız ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…