Azərbaycan və Avstriya yığmaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb

13 Oktyabr 2023 15:02

Xəbər 399 dəfə oxunub

AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Avstriya yığmaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşmanın baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq.

Ona həmyerliləri Konstantinos Psarris və Andreas Meintanas kömək edəcəklər. Anastasios Papapetru isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.xeber100.com