Gələn il Azərbaycan və Hindistan arasında birbaşa aviareyslərin açılması planlaşdırılır.Bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Azərtac-a eksklüziv açıqlamasında deyib.O bildirib ki, Dubay bazarından sonra AZTA-nın çalışdığı növbəti əsas turizm bazarlarından biri Hindistandır. AZTA olaraq ilk dəfə Dehli şəhərində Beynəlxalq Turizm Sərgisində (SATTE 2018) iştirak etdik. Burada ölkəmizi assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edirdi. Sərgi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Hindistanın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəliyi açılıb.N.Bağırov qeyd edib ki, hər iki ölkənin turistlərinin qarşılıqlı səfərlər həyata keçirməsi üçün işlər görülür. Ölkələrin turizm potensialı, tarixi və mədəni irsi barədə vətəndaşları daha da məlumatlandırmaq üçün addımlar atılır. 2019-cu ildən turistlərin rahat gediş-gəlişini təmin etmək üçün hər iki ölkədən birbaşa aviareyslərin həyata keçirilməsi də planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…