İran və Azərbaycan prezidentləri ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ciddi iradə nümayiş etdirir.Bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd Trend-ə verdiyi açıqlamasında deyib.F.Dejpəsəndin sözlərinə görə, Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq: “İran və Azərbaycan həm birgə investisiya şirkətləri, həm də birgə fondlar yaratmaq niyyətindədir. Bununla da azərbaycanlı və iranlı iş adamları daha asan şəkildə işləyə biləcəklər”.İranlı nazir Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsinin nəzərdə tutulduğunu da deyib.Ötən gün Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclası keçirilib.İclasın sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının yekunlarına dair Protokol imzalanıb.Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…