Azərbaycan Velosiped Federasiyasının məlumatına görə…

8 İyul 2022 15:28

Xəbər 339 dəfə oxunub

İyulun 14-19-da Portuqaliyanın Anadia şəhərində trek velosipedi üzrə Avropa çempionatı keçiriləcək.Azərbaycan Velosiped Federasiyası xəbər verir ki, gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Azərbaycan da təmsil olunacaq.Yarışda gənc oğlanlardan ibarət milli komandamızın üzvü Kamran Mirzəxanov və U-23 yaş kateqoriyasında qadınlardan ibarət yığmamızın velosipedçisi Ayan Xankişiyeva iştirak edəcəklər.xeber100.com