yulun 22-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində trek velosipedi üzrə Azərbaycan çempionatına start verilib.Federasiyanın mətbuat xidməti xəbər verir ki, bütün yaş kateqoriyaları üzrə keçirilən yarışda ümumilikdə 80 idmançı mübarizə aparır.Üç gün davam edəcək çempionatın ilk günündə velosipedçilər GIT-200 və GIT-500 metr, həmçinin qrup yarışlarında (48 və 72 dairə) mübarizə aparırlar.İyulun 23-də isə idmançılar 2 və 3 kilometr məsafələrə fərdi ötüşmələrdə və çıxmaqla qrup yarışlarında iştirak edəcəklər.Çempionatın sonuncu günündə – iyulun 24-də velosipedçilər 7,5 və 10 kilometr məsafələrə skretç, həmçinin sprint növləri üzrə güclərini sınayacaqlar.GIT-200 metr yarışında ilk 1-12-ci yeri tutan velosipedçilər sprint üzrə yarışda mübarizə aparmaq hüququ qazanacaqlar.Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, təşkil edilən yarışın nəticələri beynəlxalq quruma göndəriləcək, həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…