Ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının növbəti regional nümayəndəliyi açılıb.Federasiyadan bildiriblər ki, bundan sonra Şamaxı rayonunda velosiped idmanı üzrə bölmə fəaliyyət göstərəcək. Şamaxı Olimpiya İdman Kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola bilərlər. Federasiyanın prezidenti Mədət Quliyev tərəfindən Şamaxı filialına velosipedlər və ehtiyat hissələri də hədiyyə edilib.Regional nümayəndəliklərin açılmasında əsas məqsəd kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.Məlumat üçün bildirək ki, son bir həftə ərzində açılan İsmayıllı və Şamaxı filialları Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçərək rəsmi şəkildə fəaliyyətə başlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…