Azərbaycan Voleybol Federasiyası “Zəfər kuboku” yarışı təşkil edəcək

20 Aprel 2022 12:49

Xəbər 369 dəfə oxunub

Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunan “Zəfər kuboku” yarışı təşkil edəcək.Federasiyanın mətbuat xidməti xəbər verir ki, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda Yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Murov”, “Neftçi”, MOİK və “Sərhədçi” komandaları mübarizə aparacaqlar.Kubok uğrunda oyunlar 2 gün davam edəcək. Püşkə əsasən, aprelin 22-də “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq yarışın ilk matçında “Neftçi” MOİK-lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənənlərin mükafatlandırma mərasimi keçiriləcək. Ardınca 2021/2022-ci il mövsümünün rəsmi bağlanışı olacaq.xeber100.com