Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin iclası keçirilib.
Görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və İdarə Heyətinin üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə qurumun prezidenti Şahin Bağırov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İclasda ilk olaraq baş katib vəzifəsi ilə bağlı müzakirə aparılıb. İdarə Heyətinin qərarı ilə AVF-nin baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Qərara əsasən, bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.
Daha sonra İdarə Heyətinin üzvləri çıxış ediblər. Çıxışçılar voleybolun inkişafı ilə bağlı müzakirələr aparıblar, federasiyanın qarşısında duran vəzifələrdən, görüləcək işlərdən danışıblar. Bildirilib ki, bu istiqamətdə yeni layihələr hazırlanmalı və voleybolun ölkəmizdə populyarlığının daha da artırılması üçün bir sıra işlər görülməlidir.
Müzakirələrdən sonra görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…