Azərbaycan Voleybol Federasiyasının məlumatı əsasında

1 Dekabr 2022 15:00

Xəbər 274 dəfə oxunub

Dekabrın 2-6-da Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, turnirdə Azərbaycan millisi də gücünü sınayacaq. Baş məşqçi Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığmamız Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə birgə yarışacaq.“Avro-2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.xeber100.com