Azərbaycan Voleybol Federasiyasının məlumatı

22 Fevral 2022 11:02

Xəbər 408 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşib.Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti xəbər verir ki, fevralın 23-də yeddinci turun matçları keçiriləcək. Günə saat 15:00-da “Neftçi” – MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da “Ekspress” – “Murov” matçı başlayacaq.Fevralın 27-də isə səkkizinci tur çərçivəsində ilk olaraq meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaqlar. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra MOİK – “Ekspress” duelinə start veriləcək.Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun olaraq oyunlara azarkeş buraxılmır.xeber100.com