Azərbaycan Voleybol Federasiyasının məlumatı

14 Mart 2022 14:58

Xəbər 438 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə martın 15-də start veriləcək.Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti xəbər verir ki, həmin gün XI tur çərçivəsində “Ekspress” – “Neftçi” və “Murov” – “Sərhədçi” matçları keçiriləcək. Görüşlər müvafiq olaraq, saat 16:00-da və 18:00-da start götürəcək.Martın 18-də isə XII turun oyunları keçiriləcək. Əvvəlcə meydana saat 15:00-da MOİK və “Neftçi” komandaları çıxacaqlar. Bu qarşılaşmadan 2 saat sonra “Murov” – “Ekspress” duelinə start veriləcək.Görüşlər “Murov” voleybol klubunun idman zalında baş tutacaq.xeber100.com