Azərbaycan Voleybol Federasiyasının məlumatına görə…

20 Sentyabr 2023 14:45

Xəbər 364 dəfə oxunub

Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında təşkil olunacaq Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, 21-25 noyabrda baş tutacaq yarışda 6 ölkənin yığması mübarizə aparacaq. Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə üz-üzə gələcək. AVRO-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.xeber100.com