Çindən Almaniyaya gedən yük qatarı “Maestro Niyazi” gəmisi ilə Qazaxıstandan Azərbaycana yola salınıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Azərtac-a bildirilib ki, Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan ASCO Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki, “Maestro Niyazi” fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…