“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Ehram Xalıqov” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.Gəminin baş mühərrikləri, əsas və ehtiyat nasosları, boru sistemləri, energetik qurğuları və idarəetmə avadanlıqları, sükan və köməkçi sükan qurğusu təmir olunub.Gəmidə iki ədəd yeni köməkçi mühərrik quraşdırılıb, işıqlandırma sistemi tamamilə yeniləri ilə əvəzlənib.Bundan başqa, təmir zamanı gəmi heyətinin yaşayış və xidməti otaqları da unudulmayıb. Belə ki, kayutlarda yeni şkaf və çarpayılar quraşdırılıb, sanitar qovşaqlarda və yeməkxanada təmir işləri aparılıb.Təmir çərçivəsində “Ehram Xalıqov” gəmisinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.Gəmi dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.“Ehram Xalıqov” gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında – neft və qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında yaxından iştirak edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…