“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Zülfi Hacıyev” kran gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir işləri başa çatıb.ASCO-dan Azərtac-a bildirilib ki, təmir müddətində kranın burazlarının hərəkət etdiyi bütün istiqamətləndirici halqaları çıxarılıb və əsaslı təmir olunduqdan sonra yerinə quraşdırılıb. Baş mühərriklər, nasoslar, boru sistemləri, sanitar qovşaqlar, elektrik mühərriklərinin cari təmir işləri aparılıb.“Zülfi Hacıyev” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb. Bununla belə, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Mexanizm və elektrik avadanlıqlarının yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi registr təsnifatı nümayəndələrinə təhvil verilib.“Zülfi Hacıyev” kran gəmisinin uzunluğu 98,55 metr, eni 17 metrdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…