“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb.Bu barədə Azərtac-a QSC-nin mətbuat xidmətindən bildirilib.Məlumata əsasən, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək təmir sahələrinə gətirilib. Bərənin boru sistemləri və gövdə hissəsində də təmir işləri gedir. Gəmidə əlavə olaraq maye yüklərin daşınması zamanı dağılma baş verərsə, həmin yükün toplanması üçün iki ədəd 13,5 kubmetrlik çən və qazanizator quraşdırılması planlaşdırılır.Uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Professor Gül” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir. Gəmi-bərə hər səfərdə 28 vaqon götürə bilir.Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 “Ro-Ro” tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir.Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…