“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu, milli gəmiçiliyin inkişafında böyük xidmətləri olan Heydər Əliyevin və onun ömür-gün yoldaşı oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə maraqlı musiqili layihə həyata keçirilib.
ASCO-dan bildirilib ki, layihə çərçivəsində Ulu Öndərin və görkəmli oftalmoloqun adını daşıyan gəmilər – “Prezident Heydər Əliyev” tankeri və Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi bir araya gətirilib. Doğma Xəzərin qoynunda üzən gəmilərin göyərtəsində Xalq artisti Nəzakət Teymurova “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.
Kompozisiya üçün “Küçələrə su səpmişəm” mahnısının seçilməsi xüsusi məna kəsb edir. Musiqini dərindən duyan və ona dəyər verən Ulu Öndər Heydər Əliyevin sevdiyi mahnılar sırasında “Küçələrə su səpmişəm” mahnısı xüsusi yer tutub.
Bu layihənin ərsəyə gətirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevi və Zərifə Əliyevanı yad etmək, onların əziz xatirəsinə dənizçilərin sonsuz ehtiramını çatdırmaqdan ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…