Azərbaycan Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılıb.Universitetdən Azərtac-a bildiriblər ki, auditoriya mühazirə, seminar, “dəyirmi masa” və diskussiyaların təşkili, film və bənzəri rəqəmsal materialların nümayiş olunması üçün zəngin texniki avadanlıqla təchiz edilib.Auditoriyada Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünü tədqiq edən, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və mübarizəsini, cümhuriyyət parlamentinin və hökumətinin dövlət və ordu quruculuğu, xarici siyasət sahəsində görülmüş işləri, həmçinin 1918-1920-ci illərdəki ictimai, siyasi, iqtisadi, mədəni həyatı və digər məsələləri əks etdirən kitablar, müxtəlif nəşrlər və əyani vəsaitlər, o cümlədən müsəlman şərqində və türk tarixində ilk parlamentli demokratik respublikanın ideoloq və qurucularının fotoları yerləşdirilib.Auditoriyanın yaradılması universitetin rəhbərliyi və kollektivinin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri, müasir dövlətçiliyimizin hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirən AXC və onun qurucularına, həmçinin dövlətçilik tariximizə dərin hörmət və yüksək ehtiramının ifadəsidir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…