Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XIII qurultayı işə başlayıb.Qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər. Qurultaya Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb.Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına təqdim edilib.Qurultayı AYB-nin sədri, Xalq yazıçısı Anar açıb.
Azərbaycanın Dövlət Himni səsləndirilib.Ötən dövr ərzində dünyasını dəyişmiş quruma üzv şair və yazıçıların və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anar deyib ki, bu gün Azərbaycan yazıçıları XIII qurultayını qalib ölkənin yazıçısı kimi keçirir: “Bizə bu qələbəni, tarixi Zəfəri yaşatdığı üçün bütün yazıçılar adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, AYB-nin üzvü İsa Həbibbəyli çıxış edərək yazıçıları təbirik edib.
O, yazıçıların bu qurultayının Azərbaycan dövlətinin tarixində mühüm yer tutacağını bildirib. İsa Həbibbəyli qurultayın Zəfər Günü ərəfəsində keçirilməsinin önəmini qeyd edib: “Bu Zəfərin qazanılmasında vətənpərvər ruhda böyüyən gəncliyin böyük rolu var”.
Anar İsa Həbibbəylini AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, tarixdə ilk dəfədir, AYB-nin üzvü AMEA-da belə yüksək vəzifəyə seçilir.
Qurultay işini məruzələrin dinlənilməsi ilə davam etdirir.
Sonra AYB-nin katibi İlqar Fəhmi qurultayın iştirakçıları adından dövlətimizin başçısına ünvanlanmış müraciəti oxuyub.
Müraciətdə Azərbaycan yazıçıları Vətən müharibəsində qazanılan Zəfərə görə, həmçinin yazıçı və şairlərə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ediblər.Sonra çıxışlar dinlənilib.
AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edərək qurultayın işinə uğurlar arzulayıb.
Nəriman Həsənzadə qeyd edib ki, tarixi və çox əlamətdar bir gündə qalib xalq kimi bu qurultayı keçiririk. Bildirib ki, AYB qurultaya məruzələr kitabı təqdim edib. Bu məruzələrdə Azərbaycan yazıçıları geniş tədqiq olunur. Bildirib ki, AYB-də çox gözəl yaradıcılıq mühiti var, gözəl tədbirlər keçirilir.
Mədəniyyət naziri Anar Kərimov qurultay iştirakçılarını təbrik edərək qeyd edib ki, yazıçılarımız öhdələrinə düşən missiyanı lazımınca yerinə yetirərək cəmiyyətimiz üçün öz lazımi töhfələrini verəcəklər:
“Əziz qurultay nümayəndələri və hörmətli yazıçılar, bu gün tarixi gündür və çox əlamətdar bir dövrdə bu qurultayı keçiririk. Qalib Xalq olaraq bu gün bu mötəbər tədbiri təşkil edirik. Bu münasibətlə hamınızı təbrik edirəm. Əminəm ki, yazıçılarımız öhdələrinə düşən missiyanı lazımınca yerinə yetirərək, cəmiyyətimizə uğurlu töhfələr bəxş edəcəklər”.
Sonra qurultayın katibliyi və seçki komissiyası seçilib, reqlament müəyyənləşdirilib.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı müasir Azərbaycan ədəbiyyatının inkişafı ilə yanaşı, ədəbiyyatımızın çatışmayan məqamlarına toxunub.
O, ədəbiyyatımızın milli ruhun diri qalmasındakı mühüm missiyasından danışıb. Bildirib ki, tariximizin bütün dövrlərində milli mübarizəmizin ön sıralarında yazıçılar dayanıb, qələm adamları durub.
Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrdən danışan Sabir Rüstəmxanlı deyib ki, Qarabağda qazandığımız tarixi Qələbə qələm adamlarının əsərlərində öz əksini tapmalıdır.
Türkiyənin sabiq mədəniyyət naziri, qələm adamı Namiq Kamal Zeybək deyib ki, ürəyinin yarısı Türkiyədə olsa da, yarısı Azərbaycandadır: “Birinci Qarabağ müharibəsində Azərbaycan gəncləri əzmlə savaşdılar. Ancaq Zəfər çalmaq üçün ordu olmalıdır. O zaman Azərbaycanın ordusu yox idi. O, zamanlar mən çalışdım Türkiyəni bu mücadiləyə qoşum, ancaq əlimdən gələni etsəm də buna nail olmadım. Azərbaycan məğlub olsa da, qəhrəmanlığını isbat etmişdi. İkinci Qarabağ müharibəsində Azərbaycan düşmənin üzərinə güclü ordu ilə getdi, azərbaycanlı gənclər bu dəfə də qəhrəmanlıq nümayiş etdirdilər və 30 il davam edən işğala son qoydular”.
Namiq Kamal Zeybək Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…