Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi: Marşrut xətlərində gecikmələr yaranıb

31 Avqust 2023 12:53

Xəbər 514 dəfə oxunub

Bu gün axşam pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərində gecikmələr yaranıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 20-22 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mikrorayon dairəsi istiqamətində – Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərdəki avtobuslararası intervallarda gecikmə 17-20 dəqiqədir.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 22-24 dəqiqə gecikmə var.

4. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.

5. Heydər Əliyev prospekti – şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə qeydə alınır.

6. Babək prospekti – şəhər istiqamətində 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

7. Mikayıl Useyinov küçəsi – Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq, digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-22 dəqiqə gecikmə müşahidə edilir.

8. Şah İsmayıl Xətai prospekti-Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-17 dəqiqə gecikmə var.

9. Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

10. Binəqədi şosesi – Binəqədi istiqamətində də sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə qeydə alınır.

11. Qara Qarayev prospekti – hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

12. Abdulla Şaiq küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə var.

13. Xocalı prospekti – Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.

14. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti – Azneft dairəsi istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə qeydə alınır.

15. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-12 dəqiqə gecikmə müşahidə olunur.

16. Badamdar şosesi, Mikayıl Müşfiq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə var.

17. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küç.) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.xeber100.com

Hörmüz boğazından xam neft və yanacaq axını 6 milyon barel azalıb

Fevralın sonlarında Yaxın Şərqdə münaqişə başlayandan sonra ilin birinci rübündə Hörmüz boğazından xam neft və yanacaq axını gündəlik təxminən 6 milyon barel azalıb. Bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Münaqişə dövründə Körfəzdən yalnız məhdud sayda tanker çıxa bilib. Baxmayaraq ki, bəzən gərginlik yenidən alovlanır, aprelin əvvəlindən bəri atəşkəs qüvvədədir. Lakin ABŞ və İran fikir ayrılıqlarının həllində və sülh təklifi ilə bağlı razılığa gəlməkdə heç bir əhəmiyyətli irəliləyiş əldə etməyiblər. Bu, Hörmüz boğazının faktiki olaraq bağlı qalması ilə nəticələnib və qlobal müştərilərə vacib enerji təchizatı dayandırılıb. “Bloomberg News”un peyk görüntülərinə istinadən yaydığı məlumata görə, İranın əsas ixrac mərkəzi olan Kərk adası terminalındakı neft yükləmə limanlarının ötən gün boş qaldığı bildirilir. Peyklərin terminalda fəaliyyət aşkarladığı ardıcıl dördüncü dövr ərzində də ərazidə heç bir tanker görünməyib. Beynəlxalq Enerji Agentliyinə görə, Yaxın Şərqdəki münaqişə bu gün bitsə belə Hörmüz boğazından axınların normal vəziyyətə qayıtması üçün aylar lazım olacaq və enerji bazarı oktyabr ayına qədər ciddi təchizat kəsiri ilə üzləşəcək. Yaxın Şərqdəki münaqişə, həmçinin qlobal neft ehtiyatlarının rekord səviyyədə azalmasına səbəb olub. Münaqişənin başlanğıcından bəri ümumilikdə 1 milyard bareldən çox neftin bazardan çıxarıldığı və Körfəz ölkələrində ümumi istehsalın gündəlik 14 milyon bareldən çox azaldığı bildirilir. Beynəlxalq Enerji Agentliyi enerji böhranını idarə etmək üçün mart ayında strateji neft ehtiyatlarından rekord səviyyədə istifadə olunacağını açıqlamışdı. Ümumilikdə 400 milyon barel neftin istifadəsi nəzərdə tutulur. Bundan başqa, açıq dənizdə Rusiya neftinin alınmasına icazə verən ABŞ-nin sanksiyalarına qoyulan güzəşt bu həftə sonu başa çatacaq. Bu, Rusiya neftinin ən böyük alıcılarından biri olan Hindistandakı neft emalı zavodlarını xüsusilə həssas vəziyyətə sala bilər. Belə ki, Cənubi Asiya ölkəsi bu ay rekord səviyyədə neft idxal edib. Qeyd edək ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizinə təsir edib. Boğazdan keçən gəmilərin hərəkəti ABŞ-İran müharibəsindən əvvəlki səviyədən təxminən 95 faiz aşağı olaraq qalmaqdadır. Hörmüzün bağlanması, eyni zamanda, gündəlik 10 milyard kubfutdan çox LNG-nin azalmasına və ya qlobal tədarükün təxminən 20 faizinə təsir göstərib.xeber100.com

May 14, 2026 13:07

Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatının məlumatına görə…

Yaxın Şərqdə təchizat kəsintilərinə baxmayaraq, ilin birinci rübündə qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 3,8 faiz artaraq 112,2 milyon tona çatıb. Bu barədə yayıb. Bildirilir ki, ABŞ-İran münaqişəsi və Hörmüz böhranı fonunda rüb ərzində qlobal LNG ixracı artmağa davam edib, Yaxın Şərqdəki istehsal itkilərini ABŞ və Kanadada artan hasilat kompensasiya edib, Avropada LNG tələbatı ikirəqəmli artım göstərib, Asiyada isə məhdud artım müşahidə olunub. Belə ki, birinci rübdə ABŞ-nin LNG ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 32,3 milyon tona çatıb. Bu artımla ölkənin qlobal LNG ticarətindəki payı tarixi göstəriciyə - 28,8 faizə yüksəlib. Avstraliyanın ixracı eyni dövrdə 5,4 faiz artaraq 19,9 milyon tona çatıb. Qətər LNG qurğularına edilən hücumlar səbəbindən sıralamadakı mövqeyini itirib. Birinci rübdə ölkənin LNG ixracı 33,2 faiz azalaraq 14,7 milyon tona düşüb. Birləşmiş Ərəb Əmirliklərində isə ixrac 39,6 faiz azalaraq 970 min ton olub. Hesabat dövründə Rusiyanın LNG ixracı 8,3 faiz artaraq 8,9 milyon tona çatıb. Rüb ərzində Asiya bazarında LNG idxalı 1 faiz artaraq 66,9 milyon tona yüksəlib. Çin, Yaponiya, Koreya Respublikası və Tayvanın ümumi idxalı 0,6 faiz artaraq 51,74 milyon tona çatıb, Çinin idxalı isə 6,3 faiz azalaraq 14,4 milyon tona düşüb. Bu azalmaya daxili istehsalın artması, Rusiyadan boru kəməri ilə qaz tədarükü və yenilənmiş ixrac trendi təsir edib. Yaponiyanın idxalı 18,2 milyon ton olmaqla sabit qalıb, Koreya Respublikasının idxalı isə 6,9 faiz artaraq 13,4 milyon tona yüksəlib. Böyük Britaniya və Türkiyə də daxil olmaqla, birinci rübdə Avropa bazarında LNG idxalı 11,1 faiz artaraq təxminən 40 milyon tona çatıb. Regionun qlobal LNG tələbatındakı payı 35,1 faiz olub. Avropa İttifaqına üzv ölkələrin LNG idxalı isə 12 faiz artaraq 28,3 milyon tona yüksəlib. “Köhnə qitədə” soyuq hava şəraiti və saxlama tutumunun azalması ilə nəticəsində LNG-nin ümumi təbii qaz idxalındakı payı 50,6 faizə çatıb.xeber100.com

May 4, 2026 14:03

Qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib

Qlobal siyasi qeyri-müəyyənliyin artması fonunda investorların “təhlükəsiz liman” hesab etdikləri qiymətli metallara yönəlməsi qızıl qiymətlərini son dövrdə rekord səviyyələrə yüksəltmişdi. Yanvarın 26-da qızılın qiyməti ilk dəfə bir troya unsiya üçün 5 000 dolları ötərək qısa müddət ərzində 5 500 dollara qədər artdı. Həmçinin oxşar artım gümüş və platin qiymətlərində də müşahidə olunub. Lakin ABŞ-da siyasi mühitin sabitləşməsi ilə əlaqədar qiymətlər kəskin azalıb. Bu gün qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib. Bununla belə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə hələ də xeyli yüksək səviyyədə qalır. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ABŞ ilə ticarət edən ölkələrə qarşı tətbiq etdiyi sərt gömrük rüsumları qlobal ticarətdə ciddi problemlərə səbəb olub. Mütəxəssislər bildirir ki, ticarət siyasəti investorları narahat etməyə davam edir və bu amil qızılın bahalaşmasına mühüm töhfə verir. Yanvar ayında qızıl və gümüş qiymətləri rekord həddə çatdıqdan sonra Trampın Qrenlandiyanı almaq təşəbbüsünə qarşı çıxan 8 Avropa ölkəsini yeni gömrük rüsumları ilə hədələməsi investorların reaksiyasına səbəb olub və bu, səhm bazarlarında enişlə nəticələnib. Bundan başqa, Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə nisbətən daha etibarlı hesab edilən Kevin Uorşu namizəd göstərəcəyi ilə bağlı xəbərin də qızılın ucuzlaşmasına təsir edən amillərdən biri kimi dəyərləndirilir. “Capital Economics” şirkətinin iqtisadçısı Həmid Hüseyn bildirir ki, Tramp administrasiyasının xarici və fiskal siyasəti ilə bağlı risklər fonunda qızılın təhlükəsiz investisiya kimi qəbul edilməsi bu qiymətli metalı investorların diqqət mərkəzinə çevirib. Çin qızılın ən böyük alıcıları sırasındadır. Ölkədə tələbin əsasən zinət əşyaları alan şəxslər və investorlardan qaynaqlandığı müşahidə olunur. Qərb investorları da qızıl fondları və ticarət şirkətləri vasitəsilə bazarda fəal iştirak edirlər. Həmçinin Ukrayna və Qəzzada davam edən müharibələr qlobal siyasi qeyri-müəyyənliyi daha da artırır. Bundan başqa, Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları qlobal gərginliyi artıraraq ABŞ dollarına olan etimadı zəiflədib ki, bu da investorların qiymətli metallara yönəlməsini sürətləndirib. Mütəxəssislər qeyd edir ki, qızıl qeyri-müəyyənlik dövrlərində ənənəvi rolunu oynayır - artan ticarət gərginliyi, geosiyasi risklər və ABŞ-dakı siyasi qeyri-sabitlik fonunda dəyər qazanır. Qızıl qiymətlərinin artmasında mərkəzi bankların artan alışları da mühüm rol oynayır. Mütəxəssislər vurğulayır ki, həm investorlar, həm də mərkəzi banklar ehtiyat valyuta kimi qızılı seçir və onu ABŞ siyasətinin asılılığından qoruyan vasitə hesab edirlər. Qeyri-sabit dünyada qızıl effektiv diversifikasiya vasitəsidir. Ancaq müşahidə olunan qiymət dalğalanması isə göstərir ki, digər əmtəələr kimi qızıl da sürətlə bahalaşa bildiyi kimi, eyni sürətlə ucuzlaşa da bilər.xeber100.com

Fevral 2, 2026 13:47

“Bakı Metropoliteni” ilə “Metro İstanbul” satınalma müqaviləsi imzalayıb

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb. Müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir. QSC-dən bildirilib ki, müqavilə çərçivəsində “Metro İstanbul” mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və tövsiyələr təqdim ediləcək. Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.xeber100.com

Noyabr 15, 2025 15:52