Azərbaycan yığma komandası hazırlıq çərçivəsində

15 Avqust 2018 14:18

Xəbər 661 dəfə oxunub

Minskdə təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Millimizin heyətində Nigar Mirzəliyeva fərqlənib.Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilmiş oyunda Belarus yığması eyni hesabla qalib gəlmişdi.xeber100.com