Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub. Komandanın üzvlərindən Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi turnirdə qadınların mübarizəsində təmsil edə bilməyəcək.Azərtac xəbər verir ki, bu sözləri Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.Vitse-prezident qeyd edib ki, hər iki idmançının yarışda iştirak etməsi gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, P.Abakarovanın ayaq, F.Əzizovanın isə bel nahiyəsində zədələrin tam sağalmadığı aşkarlanıb və nəticədə onların turnirdə iştirak etməsi məqbul sayılmayıb.Beləliklə, Qran-pri yarışının finalında qadın taekvandoçularımızdan ölkəmizi yalnız Yaprak Eriş (57 kq) təmsil edəcək.Komandalararası dünya çempionatında isə heyətdə dəyişiklik olmayıb. Ölkəmiz çempionata Safiye Polat (49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Ooginkdan (73 kq) ibarət heyətlə qatılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…