Azərbaycan yığması ilk yoxlama oyununu keçirib

10 May 2018 10:30

Xəbər 646 dəfə oxunub

Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, Faiq Qarayevin yetirmələri Avstriya yığması ilə qarşılaşıblar. Görüş Azərbaycan yığmasının 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin Sloveniya, Slovakiya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.xeber100.com