Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib

8 Aprel 2022 09:54

Xəbər 369 dəfə oxunub

Ankarada təlim-məşq toplanışını davam etdirən kişi basketbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.Milli komandamız Super Liqa təmsilçisi “Afyon HDİ” klubu ilə üz-üzə gəlib. Yığmamız bu görüşdə 77:79 hesabı ilə məğlub olub.Azərbaycan millisinin heyətində Zaur Paşayev və Endar Poladxanlı hərəyə 18, Amil Həmzəyev isə 17 xal toplamağı bacarıb.Xatırladaq ki, komandamız bundan əvvəlki yoxlama matçında Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom”un U-20 basketbolçularına 64:62 hesabı ilə qalib gəlmişdi.xeber100.com