Azərbaycan yığması “Prezident kuboku” turnirinin finalına vəsiqə qazanıb

27 Avqust 2018 07:53

Xəbər 826 dəfə oxunub

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində növbəti oyununu keçirib.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib – 1:1. Millimizin heyətində Musa Qurbanlı fərqlənib.Bu nəticədən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb. Avqustun 28-də saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi – Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.xeber100.com