Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək

16 Fevral 2016 16:23

Xəbər 1285 dəfə oxunub

AFFA məlumat verir ki, martın 10-da və 12-də 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda yoldaşlıq oyunu keçirəcək.

Yığmamızın rəqibi Belarusun müvafiq yaş qrupuna aid komandası olacaq.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək hər iki oyun saat 18:00-da başlayacaq.xəbər100