Azərbaycan yığması yoldaşlıq oyunu keçirib

15 Avqust 2017 11:34

Xəbər 936 dəfə oxunub

Sarayevoda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.AFFA-dan Azərtac bildirilib ki, millimiz toplanış çərçivəsində ilk matçına çıxıb. Komandamız Bosniya və Herseqovinanın U-17 yığması ilə görüşüb. Bu qarşılaşmada hesab açılmayıb – 0:0.Qeyd edək ki, yığmamızın Bosniya və Herseqovina millisi ilə daha bir görüşü nəzərdə tutulub.xeber100.com