Azərbaycan yığmasının heyəti açıqlanıb

1 Sentyabr 2017 12:28

Xəbər 748 dəfə oxunub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Norveç millisinin qonağı olacaq Azərbaycan yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki start heyətdə Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Bədavi Hüseynov, Namiq Ələsgərov, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Riçard Almeyda və Mahir Mədətova şans verəcək.Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com