On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər.
AFFA xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar.
Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif Abdullayev və Rasim Axundov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək.
Bundan üç gün sonra komandaların ikinci duelində əsas hakim Əli Əliyev olacaq. Orxan İbişov və Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…