Azərbaycan Yüksək Liqasında ikinci dövrəyə start verilib

2 Fevral 2023 14:49

Xəbər 327 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrəyə start verilib.

IV turun ilk oyununda çempionatın lideri “Murov” komandası “Neftçi” ilə görüşüb. Matçda “Murov” rəqibinə 3:1 (25:22, 25:22, 16:25, 25:21) hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində çempionatın lideri xallarının sayını 12-yə çatdırıb.

Qeyd edək ki, bu tur MOİK – “Xarı bülbül” matçı ilə yekunlaşacaq.xeber100.com