Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin vaxtı və yeri dəqiqləşib.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, birinci dövrədə keçiriləcək matçlar fevralı 8-də və 12-də oynanılacaq.Fevralın 8-də meydana əvvəlcə “Neftçi” və MOİK klubları çıxacaqlar. Qarşılaşma saat 14:00-da başlayacaq. Saat 16:00-da “Xilasedici” komandası “Sərhədçi”ni sınağa çəkəcək. Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Kompleksində oynanılacaq.Dörd gün sonra – fevralın 12-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində “Sərhədçi” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Bu matçdan sonra isə “Xilasedici” və “Murov” komandaları qarşılaşacaqlar. Bu oyun da FHN-in İdman-Sağlamlıq Kompleksində keçiriləcək. Birinci matç saat 14:00-da, ikinci görüş isə saat 16:00-da start götürəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…