Azərbaycan Yüksək Liqasında XVIII turun oyunlarının vaxtı açıqlanıb

14 Aprel 2022 14:53

Xəbər 370 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunlarının vaxtı açıqlanıb.Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, turun görüşləri aprelin 15-də keçiriləcək.“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk görüş MOİK və “Murov” komandaları arasında gerçəkləşəcək. Oyun saat 15:00-da başlayacaq.Bu matçdan iki saat sonra isə “Ekspress” “Sərhədçi” ilə üz-üzə gələcək.xeber100.com