Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları layihəsi”nə 66,7 milyon ABŞ dolları dəyərində əlavə maliyyələşdirməni təsdiq edib. Azərtac bankın rəsmi saytına istinadla xəbər verir ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların iqtisadi müstəqilliyinin artırılmasıdır. Layihə su və elektrik enerjisi təchizatı, yollar, drenaj sistemləri, məktəblər və səhiyyə ocaqları kimi icma infrastrukturun bərpasını dəstəkləyəcək. Bundan başqa, layihəyə gənc məcburi köçkünlər üçün təlim və biznesin inkişafı imkanları, gəlirin formalaşdırılması və mikro-kredit komponentləri daxildir. Qeyd edək ki, Azərbaycan 1992-ci ildə Dünya Bankına qoşulub. O vaxtdan etibarən Azərbaycanın, ümumilikdə, 55 layihə üzrə öhdəlikləri 3 milyard dollardan artıqdır. Bankın Azərbaycandakı cari layihə portfeli 11 aktiv layihədən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…