Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn, Azərbaycan vətəndaşı olan 2 nəfər gömrük nəzarətindən keçən zaman onlardan birinə məxsus siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 1,16 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Apa-Economics”ə verilən məlumata görə, faktla bağlı Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsində aparılan araşdırma zamanı həmin şəxsin yaşadığı Sumqayıt şəhərindən 3 tanışı ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna qədər gəldikləri, yolda narkotik vasitə sayılan marixuanadan istifadə etdikləri müəyyən edilib. Həmin şəxslər gömrükçülərə Sumqayıtdan əldə etdikləri marixuananın müəyyən hissəsini isə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna gəldikləri və postun qarşısında yerləşən avtomobil dayanacağındakı avtomobildə saxladıqlarını bildiriblər. Avtomobilə baxış keçirilmədən əvvəl sürücü gömrükçülərə sadəcə ayaqaltı rezinin altında 1 ədəd kağız bükümdə narkotik maddə-marixuana olduğunu deyib. Bundan sonra həmin avtomobilə Biləsuvar Gömrük İdarəsinin “Buç” ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən daha 6 ədəd kağız bükümdə narkotik vasitə olan marixuana tapılıb. Ümumilikdə avtomobildən 7 bükümdə ümumi xalis çəkisi 3,21 olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…