Bu ilin 26-27 aprel tarixlərində Çexiyanın Praqa şəhərində “Praqa İşgüzar Görüşləri” adlı maliyyə-iqtisadi forumu keçiriləcək.Apa Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən məlumat verir ki, forum MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunur.Forumda milli və kommersiya banklarının və birjaların rəhbərləri, maliyyə qurumları və bank birliklərinin nümayəndələri, o cümlədən innovasiya və investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı gözlənilir. Forumun işgüzar proqramında MDB iştirakçı dövlətləri və Avropa İttifaqının maliyyə bazarlarının yeni qarşılıqlı əlaqə formatları, ixracın maliyyələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, həmçinin inteqrasiya yönümlü investisiya layihələrinin təqdimatı kimi məsələlər müzakirə olunacaq.”Bununla əlaqədar olaraq, “Praqa işgüzar görüşləri forumunun iştirakçıları iri biznesin nümayəndələri, investorlar və mütəxəssislərlə görüşmək imkanı əldə edəcəklər. MDB İcraiyyə Komitəsi Azərbaycan işgüzar dairələrini tədbirdə iştiraka dəvət edir”, – deyə məlumatda vurğulanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…