Rusiyanın Sankt-Peterburq şəhərində “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda dəyirmi masa keçirilib. Apa-nın Rusiya bürosunun məlumatına görə, Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə baş konsul Sultan Qasımov, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev və Sankt-Peterburqdakı ali məktəblərdə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər. Baş konsul Sultan Qasımov çıxışında Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının referendumda iştirakının vacibliyini bildirib. O, Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda səs verməyin mümkün olduğunu diqqətə çatdırıb. AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilat rəhbəri Leyla Əliyeva adından tədbir iştirakçılarını salamlayaraq Sankt-Peterburq regional bölməsinin fəallarına uğurlar arzulayıb. Deputat Rüfət Quliyev isə çıxışında Azərbaycanın iqtisadi inkişafından və uğurlu islahatlarından danışıb. O, dəyirmi masa iştirakçılarını Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər layihəsi ilə tanış edib. Tədbirdə ali məktəb tələbələrinin “Azərbaycanda Konstitusiya islahatları” adlı məruzələri dinlənilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…