Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi – Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir.AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli Azərtac-ın müxbiri ilə söhbətində xalqımızın odla bağlı adət-ənənələrindən, mərasimlərindən danışıb.Atəş Əhmədli qeyd edib ki, çox qədim zamanlarda yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözündə görünməkdədir.“Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün deyil. İnsanlar qaranlıq düşən kimi böyük tonqallar yandırır və onların alovu qaranlığı yararaq insanlarda böyük sevinc və coşqu, şən əhval-ruhiyyə yaradır. Bu cəhətdən Novruzla bağlı inanclarda odu müqəddəsləşdirmənin mühüm yer tutduğunu görürük. Ümumiyyətlə, od türklərin inanclarında mühüm mövqeyə malikdir. Axır çərşənbə tonqalı həm də ata-baba ruhları ilə bağlıdır. Məsələn adətlərdən birinə görə, ilaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyirlər, həmin gecə uluların ruhu sübhəcən yurda baş çəkməyə gəlir.Lakin inanclara görə, Novruz tonqalının təkcə əcdad ruhları ilə deyil, həm də bədxah ruhlarla əlaqəsi var. Qazax bölgəsinin inanclarına görə, yeni il axşamı evdə, bayırda ocaq qalayar, şam yandırarlar ki, qara div, şər, pis nəzər onlardan uzaq olsun, qorxub qaçsın.Bəzi bölgələrimizdə axır çərşənbə axşamında yandırılan tonqalın üstündən mal-qaranı, qoyun-quzunu da adladırlar ki, çillədə qalmasınlar. Çillə – köhnə ilin ağrı-acısı, qada-balasıdı, ocaqdan adlayanda hamısı tökülüb odda yanır.Digər inanca görə, axır çərşənbə tonqalı ilə Novruz tonqalı bir-birindən ciddi fərqləndirilir. Yəni, bayram axşamında, ya da bayram günündə qalanan tonqala yaş ağac atılmaz. Yaş ağacı həmin ocağa atsan, ruzi-bərəkət çəkilər.İnanclardan birinə görə isə çərşənbə axşamı lampanın altına bağlı qıfıl qoyur və niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun ilk sözünü niyyətlərinə görə yozurlar.Xatırladaq ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 26-a qeyd edilib. Martın 12-si Yel, martın 19-u isə ilaxır – Torpaq çərşənbəsidir.Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…