Azərbaycanda paracüdo üzrə növbəti dünya çempionatı keçiriləcək

22 Dekabr 2021 14:56

Xəbər 680 dəfə oxunub

Azərbaycanda paracüdo üzrə növbəti dünya çempionatı keçiriləcək.Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) bildiriblər ki, yarış 2022-ci il noyabrın 7-9-da Bakıda təşkil ediləcək. “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq bu turnirdə 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir.Dünya çempionatı AMPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə baş tutacaq.Qeyd edək ki, yarışdan əvvəl beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.xeber100.com