Kimya sənayesi, polimerlər və sənaye yağlarının təchizatı üzrə 17 ölkədə fəaliyyət göstərən Finlandiyanın “Telko” şirkəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ölkəmizdə regional mərkəzin yaradılmasına qərar verib. AZPROMO-dan Azərtac-a bildiriblər ki, bununla bağlı AZPROMO və “Telko” MMC arasında gələcəkdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə dair anlaşma memorandumu imzalanıb. Hər iki qurum arasında bundan sonrakı mərhələlərdə biznesin genişləndirilməsi, ölkəmizdə fəaliyyət göstərən istehsalçılarla əlaqələrin qurulması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı xarici bazarlara çıxış əldə etmək, regionda ticarət və biznes əlaqələrini inkişaf etdirmək baxımından Azərbaycanın strateji mövqeyinin əlverişli olduğu vurğulanıb. “Telko” şirkətinin nümayəndələri Azərbaycanda istehsal olunan kimya məhsullarının şirkətin xarici ofisləri vasitəsilə dünya bazarına ixracının genişləndirilməsinin mümkünlüyünü diqqətə çatdırıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…