“Azərbaycan və Türkiyənin ortaq tarixi mövzusuna dair film çəkilməsi iki ölkə prezidentlərinin görüşündə də razılaşdırılıb. Bu razılığa əsasən, Bakıda çəkiləcək film Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında olacaq”.
Bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta Modern.az saytına açıqlamasında deyib.
Murat Karaçanta filmin çəkilməsi üçün işçi qrupun yaradılmasının planlaşdırıldığını və hər iki ölkənin müvafiq nazirlikləri arasında danışıqların getdiyni söyləyib:
“Filmin əsas mövzusu Türkiyə və Azərbaycanın 20-ci əsrin əvvəlindəki ortaq şanlı tarixi, Azərbaycanın 1918-ci ildə qurtuluşu ulə bağlı olacaq. Filmin çəkilişinə başlamaq üçün hazırlıqlar gedir. Cənab səfirin də, mənim də layihəm və ideyam bu idi ki, çəkiləcək filmin mövzusu və ssenarisi Nuru Paşanın 1918-1920-ci illərdəki tarixi fəaliyyətinin Azərbaycanla bağlı hissəsi olsun. Şükürlər olsun ki, xəyallarımız artıq gerçəkləşir. Hər iki ölkənin müvafiq nazirliyinə filmin çəkilməsi ilə bağlı tapşırıq verilib. Yəni bu istiqamətdə Türkiyənin və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri danışıqlar aparır.
Aparılan danışıqlarda əsasən filmin ortaq ssenarisi, çəkiliş yeri, filmə cəlb olunacaq ortaq aktyorlar və başqa məsələlər dəqiqləşdirilir. İşçi qrupun yaradılması planlaşdırlır.
Azərbaycanlı ssenarist Orxan Fikrətoğlunun da işçi qrupa daxil edilməsi gözlənilir. Filmdə əsas məqam “Bir millət, iki dövlət” şüarı əsasında qardaş Azərbaycan və Türkiyə dostluğu, yardımlaşması əsas ideya təşkil edəcək”. Səfirlik rəsmisi Azərbaycanla çəkiləcək ortaq filmin uğurlu alınacağına inanır: “Bildiyiniz kimi, bu il martın 4-də “Ertuğrul-1890” filminin təqdimatını da etdik. Bu film yaponlarla ortaq layihəmiz idi. Həqiqətən də çox uğurlu proje oldu. İndi isə qardaş Azərbaycanla da belə bir ortaq film çəkəcəyik. Mən inanıram ki, Azərbaycanla birlikdə çəkəcəyimiz Nuru Paşa haqqında film çox uğurlu və maraqlı olacaq”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…