“Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsi müzakirə edilib.Azərbaycan Respublikasının Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, müzakirələr energetika nazirinin müavini G.Cavadovla ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis, qurumun energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börnsün daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.Nazir müavini “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv tənzimləmə mexanizminin yaradılmasıdır. O, bu məqsədlə USAID-lə birgə “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanma prosesinin tezliklə yekunlaşdırılmasının vacibliyini qeyd edib. G.Cavadov layihənin ilkin variantının nazirlikdə müzakirə edildiyini və müəyyən dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırıb.Qurumun Azərbaycan üzrə missiyasının direktoru M.Meredis ABŞ hökumətinin ölkəmizin enerji sektorunda fəaliyyət göstərən qurumlarla sıx əməkdaşlıq münasibətlərindən bəhs edərək, Strateji Yol Xəritəsi çərçivəsində lazımi köməyi göstərməyə hazır olduqlarını deyib.USAID-in energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri S.Börns isə “Azərbaycanın elektrik enerjisi bazarı” haqqında qanun layihəsinin ümumi strukturu ilə bağlı Energetika Nazirliyinin mövqeyini öyrənib. Ayrı-ayrı maddələrlə bağlı təkliflərin irəli sürülməsindən sonra prosesin qısa bir vaxtda yekunlaşacağını bildirib.Görüşdə qurumun nümayəndələri ilə birgə müzakirələrin intensiv təşkil edilməsi və on gün müddətində nazirliyin qanun layihəsi ilə bağlı yekun rəyinin verilməsi razılaşdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…