Avqustun 2-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək.Azərtac xəbər verir ki, yunan-Roma güləşi yarışlarında Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaqlar. Avqustun 1-də keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.R.Hüseynov səkkizdəbir finalda dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidis ilə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. R.Hüseynov rəqibinə qalib gələrsə, dörddəbir finalda Lamjed Maafi (Tunis) – Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçi ilə üz-üzə gələcək.E.Manolova ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə qarşılaşacaq. Bu görüş B xalçasında baş tutacaq. E.Manolova dörddəbir finala yüksələrsə Meerim Jumanazarova (Qırğızıstan) – Mimi Xristova (Bolqarıstan) görüşünün qalibi ilə görüşəcək.Bu çəki dərəcələrində ilk görüşlər Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…