Azərbaycanın kapital bazarında dövriyyə 2018-ci ildə ötən ilə nisbətən təxminən iki dəfə artıb.Bunu Trend-ə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBIA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov bildirib.İdarə Heyəti sədrinin sözlərinə görə, ümumilikdə Azərbaycanın kapital bazarında, xüsusilə istiqraz bazarında artım var, həmçinin ikinci səhm bazarında, istiqrazların ilkin yerləşdirmə bazarında, REPO əməliyyatlarında və CFD-lərdə inkişaf müşahidə olunur.C.İbrahimov deyib: “Buna baxmayaraq, bizim əsas məqsədimiz korporativ qiymətli kağızlar bazarında aktivliyin artırılması və bu sahədə fiziki şəxslərin iştirakının təmin edilməsidir. Bu nöqteyi-nəzərdən, biz yerli kapital bazarının potensialının daha böyük olduğunu düşünürük və bu potensialın səmərəli istifadəsi üçün gələn il əhalinin maliyyə savadlılığının artırılması üçün tədbirlərin artırılmasına ehtiyac var”.Assosiasiyanın rəhbəri qeyd edib ki, ümumilikdə Azərbaycanın kapital bazarının 2018-ci ildə inkişafı qənaətbəxş hesab edilə bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…