İyunun 1-də Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə “Startap Azərbaycan 2016”nın yekun təqdimatı və “Azərbaycanın startap ekosistemi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir. Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, 2012-ci ildən fəaliyyət göstərən layihənin məqsədi milli startapların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə startap görüşlərinin, startap günlərinin və investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bu il müsabiqəyə 45 startap layihəsi müraciət etsə də, qaydalara uyğun olan 20 layihə müsabiqəyə buraxılıb. İkimərhələli qiymətləndirmə keçirilib. Qaliblər 10 yarımfinalçı startap arasından seçilib. Bu il həyata keçirilən Startap Azərbaycan tədbirləri çərçivəsində Gəncə Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevirdə tələbə-gənclərlə görüşlər keçirilib, informasiya texnologiyalarının İnkişafına Dəstək Fondu ilə birgə ölkənin startap ekosistem iştirakçılarının birgə toplantısı təşkil olunub, müsabiqəyə qatılan startap komandaları üçün təlimlər təşkil olunub və mentorlarla görüşlər keçirilib. Sonra “Startap Azərbaycan – 2016” layihəsinin yekunları və müsabiqənin nəticələri ilə bağlı təqdimatlar olub. Startap Azərbaycan müsabiqəsinin finalçılarına mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…