Moskvada “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təbliğinə dəstək məqsədilə “Azərbaycanlı gənclərin kuboku” adlı kartinq yarışı keçirilib. Yarış Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə reallaşıb. Bu barədə Azərtac-a ASGA-dan bildirilib. Assosiasiyanın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili yarış iştirakçılarına Azərbaycanın idman ölkəsi olduğunu, dövlətimizin başçısı İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan söz açıb. O, “Formula-1” yarışlarının ölkəmizin dünyada daha da tanınmasında və turizmin inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra yarışa start verilib. Üç mərhələdə keçirilən yarışda birincilik uğrunda səkkiz komanda mübarizə aparıb. Birinci yeri Moskva Dövlət Hüquq Akademiyasının komandası tutub. İkinci və üçüncü yerlərə müvafiq olaraq “Tri -Medved” və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun komandaları layiq görülüblər. Qaliblərə kubok, diplom və medallar təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…