SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək gücləndirilmiş iş rejimində işləyəcək.İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz istismar sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…