İşğaldan azad edilən ərazilərdə ilkin olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub.Azərtac xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi, həm də şəhərdaxili qaz xətləri şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb. Artıq həm Şuşa, həm də Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.“Layihələndirmə işlərini yaxın vaxtlarda başa çatdırmağı planlaşdırırıq. İşlər başa çatdırıldıqdan sonra maliyyə ayrılacaq və Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı daxili şəbəkənin quraşdırılması işlərinə başlanılacaq”, – deyə məlumatda qeyd olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…