Hazırda respublika ərazisində müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.Bu barədə Azərtac-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.T.Mustafayev deyib ki, yerlərə əlavə texnikalar cəlb edilib: “Küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ölkə üzrə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb olunub. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.Qurum rəsmisi abonentlərə müraciət edərək bildirib ki, vətəndaşlar baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Buna görə də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem və yaxud qəza hallarında 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…